Ağdamda mina hadisəsi zamanı xəsarət alan ANAMA əməkdaşının həyati təhlükəsi yoxdur

post-img

Ağdam rayonunun Sarıcalı kəndi ərazisində mina hadisəsində xəsarət alan Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı - 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlunun həyati təhlükəsi yoxdur.

Bu barədə ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, dekabrın 26-da xidməti vəzifəsini yerinə yetirən zaman baş vermiş piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alan Z.Mahmudovun ilkin müayinəsi zamanı daban sümüyü və ayaq daraq sümüklərinin sınığı aşkarlanıb.

“Xəsarət alan şəxsə bütün zəruri tibbi dəstək göstərildikdən sonra stasionar müalicəsinin davamı məqsədilə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına yerləşdirilib. Həyati təhlükəsi yoxdur. Xəsarət alan əməkdaşın durumu ilə bağlı əlavə məlumat veriləcək”, - məlumatda deyilir.

Sosial həyat