Talış sakini: 30 ildən sonra ilk dəfə doğma kəndimizdə səs verəcəyik

post-img

Qarşıdan gələn növbədənkənar prezident seçkiləri 30 ildən sonra işğaldan azad edilmiş Qarabağımızda da keçiriləcək. Çox sevinirəm ki, biz də doğma kəndimizdə səs verəcəyik.

Bunu  açıqlamasında Tərtər rayonunun Talış kənd sakini Rəbiyyə Rzayeva deyib.

“30 il köçkünlük həyatından sonra nəhayət, bu ilin martında ən böyük istəyimiz reallaşdı. Yenidən doğma Qarabağa, doğma yurdumuza qayıtdıq. Bu, bizim həyatımızda ən əlamətdar hadisə oldu. Gələn ilin fevralında isə prezident seçkiləri keçiriləcək. Biz uzun illərdən sonra işğaldan azad edilmiş ərazilərimizə qayıtmış vətəndaşlar kimi səsvermədə iştirak edəcəyik. Buna görə çox sevinirik”, – deyə Talış sakini bildirib.

Qeyd edək ki, gələn il fevralın 7-də Azərbaycan Respublikasında növbədənkənar prezident seçkiləri təyin olunub. İşğaldan azad edilmiş ərazilərdə 26 məntəqə üzrə 23 mindən artıq seçici səs verə biləcək. Bu da hər məntəqəyə orta hesabla təxminən 800-900 nəfər seçici deməkdir.

Sosial həyat