Xalqın Lider sevgisi

post-img

Bizim Prezidentimiz

Hər gün xalqın içində,

Kənddədir, şəhərdədir.

Xarici ölkələrdə,

Görüşdə, səfərdədir.

Bayrağını dik tutan,

Yenilməz sərkərdədir.

Sərhədləri adlayır

Bizim Prezidentimiz.

İnamla addımlayır

Bizim Prezidentimiz.

Bütün fikri, amalı

Günəş kimi təmizdir.

Tikmək, qurmaq, yaratmaq–

Arzuları hədsizdir.

Qocalara oğuldur,

Cavanlara əzizdir.

Sadəliyin simvolu

Bizim Prezidentimiz.

Vətənin qalib oğlu

Bizim Prezidentimiz.

Düşmənlərin önündə

Duruşu dəyanətli.

Bütövdür sal qaya tək,

Görüşü ləyaqətli.

Qanunlar imzalayar,

Dürüst və ədalətli.

Dərdlilərin dərmanı

Bizim Prezidentimiz.

Arzuların loğmanı

Bizim Prezidentimiz.

Gedər azad yurdlara, 

Bilməz dağdır, arandır.

Ya bürkülü havadır,

Ya çovğundur, borandır.

Köhnələri uçuran

Yeniləri qurandır.

Meşə salar, yol çəkər

Bizim Prezidentimiz.

Xeyir-bərəkət əkər

Bizim Prezidentimiz.

Ölkəmiz bir gəmidir

O, sükançı, kapitan.

İrəliyə aparır

Uğurla, yorulmadan.

Kəndlər şəhərə dönür,

Çöllər olur gülüstan.

Oğul sədaqətidi

Bizim Prezidentimiz.

Yurdun səadətidi

Bizim Prezidentimiz.

Dəmir yumruğa bənzər

Bu gün qalib ordumuz

Siyasət meydanında 

Çox ayıqdır yurdumuz.

Millətlərin önündə

Ali bayraqdarımız.

Ürəklərin nəbzidir

Bizim Prezidentimiz.

Həyatın, ahəngidir

Bizim Prezidentimiz.

 

Sabir HƏSƏNOV,
veteran müəllim

Yardımlı

Sosial həyat