89 nəfər insan alveri qurbanı sağlam həyata qaytarılıb

post-img

Sosial Xidmətlər Agentliyinin İnsan Al­veri Qurbanlarına Yardım Mərkəzində bu ilin 11 ayında 89 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib. Onlardan 52-si insan alveri qurbanı, 37-si isə insan alveri təh­lükəsi ilə üzləşmək riski olanlardır. 

Mərkəzdə sosial işçi, psixoloq və hüquq məsləhətçisindən ibarət işçi heyə­ti tərəfindən həmin şəxslər üçün fərdi sosial reabilitasiya planı tərtib edilib və müvafiq tədbirlər həyata keçirilib. Bura­da, həmçinin onların sosial-hüquqi, so­sial-psixoloji dəstəklə təminatı, tibbi-so­sial reabilitasiyası, məşğulluğunun təmin edilməsi istiqamətində işlər aparılır.

Zərifə HÜSEYNOVA
XQ

Sosial həyat