DOST RİM beynəlxalq müsabiqə qalibidir

post-img

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) İsveçrənin Ümum­dünya Rabitə Forumu Assosiasiyası tərəfindən təşkil edilən beynəlxalq “Da­vos Communications Awards-2023” mü­sabiqəsinin qalibi olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər ki, bu barədə Asossasiyanın saytında məlumat yer­ləşdirilib. Məlumatda qeyd edilir ki, mü­sabiqədə Azərbaycan da daxil olmaqla 20 ölkədən 32 kateqoriya üzrə 95 qu­rum iştirak edib. DOST RİM müsabiqə­də il ərzində həyata keçirilmiş sosial rəqəmsal layihələr və onların vətəndaş­lar üçün töhfəsi barədə məlumatlarla iştirak edib və “İlin rəqəmsal agentliyi” nominasiyası üzrə gümüş mükafata la­yiq görülüb. Bununla da DOST RİM-in bu il əldə etdiyi beynəlxalq mükafatların sayı 10-a çatıb.

Qeyd edək ki, “Davos Communica­tions Awards” müsabiqəsi qlobal miq­yasda ictimaiyyətlə əlaqələr və qurum – vətəndaş kommunikasiyası sahəsində nailiyyətləri təqdim etmək məqsədi daşı­yır.

Zərifə HÜSEYNOVA
XQ

Sosial həyat