11 ayda 153 min 200 pensiya, müavinət, təqaüd təyin olunub

post-img

2023-cü ilin yanvar–noyabr ayların­da 153,2 min pensiya, müavinət, təqaüd təyinatı elektron qaydada aparılıb. On­lardan 28 min 200-ü pensiya, 125 mini müavinət və təqaüdlərdir. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumtında qeyd edilib ki, 2019-cu ilin əvvəlindən başlayaraq pen­siyaların, sonralar müavinət və təqaüd­lərin təyinatı elektronlaşdırılıb. Həmin e-təyinat sistemləri vətəndaşlara hüquq­ları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən qeyd olunan sosial ödənişlərin e-sistem üzərindən tə­yinatının aparılmasını təmin edir.

Zərifə HÜSEYNOVA
XQ

Sosial həyat