“Azəriqaz”ın İctimai Şurasının yeni tərkibi məlum olub

post-img

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi yanında İctimai Şuraya seçkilərin nəticələri bəlli olub. 19 dekabr 2023-cü il tarixdə saat 09:00-dan etibarən başlanan seçki prosesi 14:00-dək davam edib. Daha sonra bülletenlərin hesablanmasına başlanılıb. Seçkinin nəticəsində tələb olunan səs çoxluğunu toplamış 7 namizəd İctimai Şuranın üzvü seçilib:

1) İbrahimli Qorxmaz Əbülfəz oğlu

2) Əliyev Anar Əliheybət oğlu

3) Salmanov Elçin Fikrət oğlu

4) Əhmədov Araz Əhməd oğlu

5) Ədilzadə Ədil Tahir oğlu

6) Əliyeva İlahə Əhməd qızı

7) İsmayılov Rafiq Eldar oğlu

Məlumat üçün bildirək ki, seçkidə 299 nəfər səsvermə hüququ əldə edib. 254 nəfər seçkidə iştirak edib, 5 bülleten isə Seçki Komissiyası tərəfindən etibarsız hesab edilib.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Sosial həyat