3 dost: sarıkök, zəncəfil və istiot

post-img

Rusiyalı həkim Andrey Zolotarev bildirib ki, bioloji aktiv maddələrlə zəngin zəncəfil, sarıkök və istiotu qış fəslində qəbul etmək həmçinin digər qidalara qatıb yemək orqanizmə çox faydalıdır. 

Ədviyyatlar arasında sarıkökü im­mun sistemi gücləndirən, bakteriya və viruslardan qoruyan unikal maddə he­sab edən həkim deyib: “Kurkumində (sarıkök) olan antioksidantlar iltihab və xərçəng əleyhinə təsirə malikdir”. 

Qış aylarında immunitet möh­kəmləndirici içki reseptini tövsiyə edən A.Zolotarey bildirib: “1 stəkan süd qa­zanda qaynar hala düşəndə, ona çay qaşığının yarısı qədər sarıkök, bir ədəd qara istiot dənəsi, çay qaşığının ucun­da üyüdülmüş zəncəfil əlavə edilib qa­rışdırılır. 

Qarışım qaynamağa başlayan kimi süd dərhal odun üstündən götürülüb süzülür və isti halda içilir. 

İksirə zövqə görə bal qatmaq olar, amma onu qarışığı içəndə əlavə etmək məsləhətdir. 

Bu ədviyyatlar qatılan süd orqa­nizmdə iltihabı azaldır, öskürək, bronxit və boğaz ağrısına kömək edir. Ən baş­lıcası, immuniteti zəifləyən insanlara xeyli faydası var”.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat