Suyun nanotəmizlənməsi

post-img

Suyu bir neçə dəqiqə ərzində zəhərli arsendən təmizləmək üçün nanokompozit hazırlanıb. Rusiya KİV-i xəbər verir ki, bu sınağı Tomsk Politexnik Universitetinin (TPU) alimləri həyata keçiriblər. 

Tədqiqatın ən mühüm nəticə­si yüksək adsorbsiya dərəcəsidir. Fe3O4/rGO nanokompoziti cəmi bir dəqiqə ərzində arsen ionlarının 81 fai­zini çıxara bilib. Bu təsirli nailiyyət suda ağır metallarla çirklənmə problemini əvvəllər əlçatmaz görünən miqyasda həll etmək perspektivi açır.

Yeni metod ekologiyadan tutmuş müasir mikroelektronika texnologiyala­rına qədər müxtəlif sənaye sahələrində Fe3O4/rGO nanokompozitinin istifadə­si üçün yeni üfüqlər açır.

Araşdırma su ehtiyatlarının təmiz­lənməsi və yüksək texnologiyalı səna­ye sektorlarında istifadəsi üçün ekoloji cəhətdən təmiz və effektiv materialla­rın hazırlanmasında mühüm addımdır.

Anar TURAN
XQ

Son xəbərlər