Maskın yeni insanabənzər robotu

post-img

Amerikalı milyarder İlon Mask müxtəlif tapşırıqları yerinə yetirə biləcək humanoid (insanabənzər) robotun yeni nəsli - “Optimus Gen 2”-ni təqdim edib. Robotun yeni versiyası “Tesla” tərəfindən hazırlanmış sensorlarla təchiz edilib. 

Yeni robot əvvəlki versiyadan 30 faiz daha sürətli yeriyə bilmə­si, həmçinin çəkisinin nisbətən az – 10 kiloqrama yaxın olması ilə fərqlənir.

“Optimus Gen 2”-nin barmaq­ları taktil (toxunma) hissinə malik­dir. Belə ki, bu robot zərif quruluşlu əşyaları incə toxunuşlarla götürə bilir. “Tesla” şirkəti yaxın vaxtlarda robotu öz istehsalat əməliyyatla­rında istifadə etməyi də planlaş­dırır. 

FİDAN
XQ

Dünya