Eskişehirdə “Heydər Əliyev 100-cü il” mövzusunda anım mərasimi keçirilib

post-img

Türkiyənin Eskişehir vilayətində ulu öndər Heydər Əliyevin əbədiyyətə qovuşmasının 20-ci ildönümü ilə bağlı “Heydər Əliyev 100-cü il” mövzusunda anım mərasimi keçirilib.

Tədbir Anadolu Universitetinin ev sahibliyi, Eskişehir Azərbaycanlılar Dərnəyi və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının birgə təşkilatçılığı ilə baş tutub.

Əvvəl Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, iki qardaş ölkənin ulu öndərləri Heydər Əliyev və Mustafa Kamal Atatürk, eləcə də şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Valeh Hacıyev və Anadolu Universitetinin rektoru professor Fuat Erdal çıxış edərək bugünkü müasir Azərbaycanın qurucusu Heydər Əliyevin başlatdığı siyasi yolun dövlətimiz tərəfindən uğurla davam etdirildiyini, Ulu Öndərimizin ən böyük arzusu olan torpaqlarımızın geri qaytarılmasının bu uğurlu siyasətin ən bariz nümunəsi olduğunu deyiblər.

Mərasimdə Ümummilli Lider Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən film nümayiş olunub.







Sosial həyat