Göygöldə moruq təsərrüfatları genişləndirilir

post-img

Son vaxtlar Göygöl rayonunda moruq təsərrüfatlarının yaradılmasına və inkişaf etdirilməsinə maraq xeyli artıb. Rayon icra hakimiyyəti başçısının yerlərdə səyyar qəbullar zamanı adamların bu sahəyə diqqət ayırması ilə bağlı çağırışları, tövsiyəsi, konkret kömək göstərməsi bir neçə moruq təsərrüfatının yaradılması ilə nəticələnmişdir. 

Sahibkarlar sahənin gəlirli olmasına əmin olaraq moruq sahələrinin genişləndirilməsi istiqamətində öz fəaliyyətlərini artırıblar. Onlardan biri də Şəhriyar Cəfərovdur.

Adıçəkilən sahibkara məxsus moruq təsərrüfatı 7 hektar sahəni əhatə edir və damcı suvarma sistemi ilə suvarılır.

Təsərrüfatda hazırda bir neçə növ “polka», «polana» və yerli moruq növləri yetişdirilir. “Polka» moruq növü digərlərindən daha məhsuldar olduğu üçün təsərrüfatda onun yetişdirilməsinə üstünlük verilir. İl ərzində hər hektar sahədən orta hesabla 8-10 ton moruq məhsulu əldə olunur. Məhsulun satışı hələlik respublikanın bölgələrində həyata keçirilir.

Hamlet Qasımov, 
XQ-nin bölgə müxbiri, 
Göygöl rayonu



Sosial həyat