Milyarder İlon Maskın sahib olduğu “X” sosial platformasının ChatCPT-yə rəqib olacaq süni intellekt proqramı – “GrokAI” istifadəyə veriləcək. Məlumatı “Associated Press” yayıb.
Xəbərdə qeyd edilir ki, İlon Mask yeni AI çat-robotunun tezliklə “X Premium+” abunəçilərinə təqdim olunacağını bildirib. “GrokAI” real zamanda “X” sosial şəbəkəsi üzərində məlumat axını ilə paralel istifadə olunacaq.
Süni intellekt assistenti çat-şəbəkədə olanlara müvafiq xidmətlər göstərəcək. Bunun üçün abunəçilərin çox geniş məlumat bazasından faydalanması məqsədilə onlara son dəqiqə xəbərləri, birja trendləri və digər operativ məlumatlar ötürüləcək. Eyni zamanda, istifadəçilərə əyləncə imkanları da yaradılacaq.
XQ