"YAŞAT" Fondu tərəfindən 111 şəhid övladı ilə bağlı “Onlar bizə əmanət” layihəsi həyata keçirilib

post-img

2020-ci il 27 sentyabr tarixindən sonra dünyaya gələn 111 şəhid övladı ilə bağlı "YAŞAT" Fondu tərəfindən “Onlar bizə əmanət” layihəsi həyata keçirilib. Layihə çərçivəsində yeni doğulmuş şəhid övladlarının zəruri xərclərinin qarşılanması məqsədilə min manat məbləğində maddi yardım edilib və şəhid övladlarının adına 5 min manat məbləğində depozit hesabı açılıb. Həmin körpələrdən dörd nəfəri son antiterror tədbirlərində şəhid olan qəhrəmanların övladlarıdır.

Bunu "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov Fondun 3 illik hesabat tədbirində deyib.

E.Hüseynov bildirib ki, hər iki valideynini itirən 7 şəhid övladının adına 5 min manat məbləğində depozit hesabı açılıb. Onların içərisinə Bərdə və Gəncə terrorunda valideynlərini itirmiş uşaqlar da daxildir.

 

Sosial həyat