Əriyin sulusu kimi, qurusu da olduqca faydalıdır. Xalq təbabətində əsrlərdir ki, ərik qurusundan müxtəlif müalicəvi təsirinə görə geniş istifadə olunur. Ərik qurusu təzə ərikdən faydalı tərkibinə görə heç də geri qalmır. Onda B, C, PP vitaminləri, kalium, maqnezium, marqans və 12 aminturşusu var.
Mütəxəssislər quru əriyin orqanizmə faydaları ilə bağlı bildirirlər:
1. Ərik qurusunun sidikqovucu təsiri var. Bədəndəki artıq mayeni çıxarır, ödemi götürür, böyrək və sidik yollarındakı qumu, daşı, çöküntünü yuyub təmizləyir.
2. Piy və yağ yandırıcı xassəsi var. Artıq çəkisi olanlar metobolizmi sürətləndirmək üçün gündə 5–7 ədəd ərik qurusu yeməlidir.
3. Qandurulducudur. Qanın axıcılığını artırır, tromba qarşıdır. Ona görə müasir tibbdə varikoz və ürək damar xəstələrinə quru ərik tövsiyə edilir.
4. Həzmi yaxşılaşdırır, qəbizliyə qarşı xeyirlidir.
5. Endokrin hormonal sistemi tənzimləyir.
6. Yaddaşı yaxşılaşdırır, diqqəti artırır.
7. Görmə zəifliyində faydalı olduğu təsdiqlənib.
8. Yüksək təzyiqi salır, xəstələrdə damar spazmını aradan qaldırır.
9. Miqren və baş ağrılarına qarşı faydalıdır.
Mütəxəssislər quru əriyi yuyub gündə 100 qram yeməyi tövsiyə edirlər.
Z.HÜSEYNLİ
XQ