“Vaşinqton post” qiyamı

post-img

ABŞ-nin ən böyük qəzeti olan “Vaşinqton post”un 750-dən çox əməkdaşı dekabrın 8-də media şirkəti tarixində 50 ilin ən böyük etiraz aksiyasında iştirak edəcək. Bu barədə qəzet məlumat yayıb.

Bildirilib ki, nəşrin əməkdaş­ları səhər saatlarında işlərini tərk edəcək və 24 saat ərzin­də çalışmayacaqlar. Bundan başqa, paytaxt Vaşinqtonun mərkəzində yerləşən ofisin qar­şısında bir günlük piket və mi­tinq keçiriləcək.

Əməkdaşlar həmrəylik əlaməti olaraq nəşrin oxucula­rından bir gün ərzində qəzeti oxumaqdan və nəşrin saytına daxil olmaqdan imtina etməyi xahiş ediblər.

Həmkarlar ittifaqının üzvləri bildiriblər ki, 18 aydır işçilərin müqavilələrini uzatmayan me­dia şirkəti ilə danışıqlar dalana dirəndiyi üçün bu aksiyada işti­rak edəcəklər.

XQ

Dünya