Azərbaycanın Dubayda - COP28-də iştirakı bizim üçün çox böyük əhəmiyyət kəsb edir

post-img

2011-2015-ci illərdə keçirilən sessiyalarda iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli sənəd hesab olunan Paris sazişi müzakirə edilmiş, 2015-ci ildə isə qəbul edilmişdir və bu razılaşmaya 195 ölkə qoşulub. Məhz buna görə də artıq Azərbaycanın da burada özünü təmsil etməsi, "Yaşıl enerji"yə start verilməsi təbii ki, çox böyük əhəmiyyət kəsb edir.

Azərbaycanın Dubayda - COP28-də iştirakı bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Azərbaycan artıq "Yaşıl enerji" sahəsində işlərə başlamışdır. Həm üç böyük dövlətlə yaşıl enerji ilə bağlı müqavilələr imzalayıb, həm də pilot layihələrin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub. Bu 3 böyük dövlətlərdən biri BƏƏ, biri Səudiyyə Ərəbistanı, digəri isə Avstraliyadır. Qeyd edək ki, bu ölkələrlə "Yaşıl enerji" ilə bağlı 3 böyük müqavilə imzalanıb. Şübhəsiz ki, Azərbaycan Dubayda keçiriləcək bu tədbirdə çox böyük əhəmiyyət daşıyır. Pavilyondakı instalyasiyada Azərbaycan Respublikasının “Qırmızı kitab”ı, iqlim təşəbbüsləri və minalarla mübarizə mövzusu da əhatə olunub. Və burada “Qırmızı kitab”a düşmüş və Azərbaycanda nəsli kəsilməkdə olan heyvan və bitkilər haqqında məlumatlar, QHT və dövlət qurumları tərəfindən həyata keçirilən ekoloji layihələr, Azərbaycandakı mina problemi və ekoloji nəticələri barədə məlumat verilir. Maraqlı bir məqam da ondan ibarətdir ki, Pavilyondakı “Ağac ək” bölməsində isə Ermənistanın işğalı zamanı dağılmış ekoloji tarazlığı bərpa etmək üçün Azərbaycanda, xüsusən də Qarabağda həyata keçirilən ağacəkmə təşəbbüsləri təqdim olunur. Həmçinin pavilyonun hər bir ziyarətçisi də planşet vasitəsilə rəqəmsal olaraq ərizə təqdim edərək ağacəkmə (şam və ya zeytun ağacı) təşəbbüsünə qoşula və bununla Qarabağın ekoloji balansının bərpasına dəstək ola bilər. Bu ağaclar Qarabağ bölgəsində - Füzuli şəhərində əkiləcək.

Öncə, Ermənistanın Azərbaycana qarşı törətdiyi ekoterror ilə bağlı söhbətlərə yer veriləcək. Biz nə qədər səsimizi qaldırsaq, beynəlxalq təşkilatlara bəyənnamələr göndərsək də, bu tədbirdə 100 ölkə başçısı iştirak edəcək. Həmçinin 100 min nümayəndənin iştirakı bizim üçün çox önəmli olacaq. Biz artıq orada Ermənistanın təcavüzkar bir dövlət olduğunu, ekoloji terror törətdiyini tam açıq şəkildə ifadə edəcəyik.

Fərid Mustafayev 

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini



Sosial həyat