5 Dekabr – Beynəlxalq Könüllülər Günü qarşısında Naxçıvanda tədbirlər həftəsi keçirilir. Heydər Əliyev Muzeyində “Könüllünü inkişafa aparan yol” adlı görüşlə “Naxçıvan Könüllülərinin Birlik Həftəsi”nə start verilib.
Açılış mərasimində qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda könüllü hərəkatı geniş vüsət alıb, bu sahədə böyük nailiyyətlər əldə olunub. Könüllü fəaliyyətin hüquqi bazası yaradılıb, müxtəlif dövlət və özəl qurumlarda gənclərin könüllülük fəaliyyətinə cəlbinə dəstək göstərilib. Naxçıvanda fəaliyyət göstərən könüllülərin və könüllülərlə işləyən təşkilatların sayı artmaqdadır və bu da gənclərimizin gələcək həyatı, karyerası üçün yeni imkanların, təcrübələrin qazanılması deməkdir. Əvvəllər könüllü kimi fəaliyyət göstərən gənclərin böyük əksəriyyəti hazırda müxtəlif peşə sahibləri kimi iş həyatını uğurla davam etdirir.
Gənclərdən Zəhra İsmayılova könüllü kimi öz fəaliyyətii və onlara göstərilən dəstəkdən danışıb, minnətdarlığını ifadə edib.
Qeyd edək ki, “Naxçıvan Könüllülərinin Birlik Həftəsi” çərçivəsində müxtəlif səpkili tədbirlərlərin keçirilməsi nəzərdə tutulur.
Səbuhi HƏSƏNOV
XQ
Naxçıvan