Qızılbaş irsi tariximizin qiymətli yadigarıdır

post-img

Noyabrın 27-də Bakıda ulu öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində “Azərbaycanda qızılbaş irsi: tarixin izi ilə” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbir Azərbaycan Diasporuna Dəstək Fondu və “Qızılbaş” Qlobal İrsi Şurası Təşkilatının birgə dəstəyi ilə baş tutub. 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev qeyd edib ki, XV əsrin ikinci yarısında meydana çıxmış Azərbaycan qızılbaşlarının qurduğu Səfə­vi, Əfşar və Qacar dövlətlərinin Mərkəzi və Cənubi Asiya coğrafiyasında qalan tarixi imperial mirasından uzaq və yaxın perspektivdə ümummilli məqsədlər üçün faydalanmaq tarixi zərurətdir, Diasporla İş üzrə Dövlət Komitəsi bu vacib missiyanın gerçəkləşdirilməsində ilkin fəaliyyətə baş­layıb.

Mədəniyyət Nazirliyinin həm də tarixi abidələrin mühafizəsinə məsul olduğunu deyən mədəniyyət nazirinin müavini Fərid Cəfərli təəssüflə qeyd edib ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 il­lik işğalı nəticəsində bir çox tarixi abidə ilə yanaşı, qızılbaşlara aid irs də erməni van­dalizminin qurbanına çevrilib. 

Qızılbaş Qlobal İrsi Şurası Təşkilatı­nın sədri Babək Hüseynli konfransda iş­tirak edən qızılbaş nəsillərinin nümayən­dələrini ata yurdunda salamlamaqdan məmnunluğunu vurğulayıb. O, təşkilatın üç il əvvəl Diasporla İş üzrə Dövlət Ko­mitəsinin dəstəyi ilə yaradıldığını söylə­yib. B.Hüseynli 

Qeyd edək ki, konfransın açılış mə­rasimində “Qızılbaş” Qlobal İrs Şurasının Pakistan, Türkiyə, ABŞ, Kanada, Birləş­miş Krallıq, Sinqapur və Əfqanıstan üzrə təmsilçiləri, Milli Məclisin deputatları, Qı­zılbaş irsinin Azərbaycan və Türkiyədən olan tədqiqatçıları, müxtəlif dövlət qurum­larının, qeyri-hökumət təşkilatlarının və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. 

Konfrans işini panel iclasları ilə davam etdirib.

Sosial həyat