Qubada qapalı məkanda siqaret çəkənlər inzibati məsuliyyətə cəlb olunublar

post-img

Quba Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yerləşən kafe və restoranlarda keçirilən tədbirlər zamanı qapalı məkanlarda siqaret çəkən şəxslər aşkarlanıb.

Bu barədə XQ-yə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, tədbirlər nəticəsində İnzibati Xətalar Məcəlləsinin 212-ci (Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi) maddəsinin tələblərini pozan şəxslərin barələrində inzibati tənbeh tədbirləri görülüb.

Rizvan FİKRƏTOĞLU
XQ

Sosial həyat