İkinci sinif şagirdinin xəsarət alması üzrə araşdırma aparılır

post-img

Paytaxtın Sabunçu rayonunda yerləşən 90 nömrəli tam orta məktəbdə 2-ci sinif şagirdinin xəsarət alması faktı üzrə Sabunçu rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Bu barədə Baş prokurorluğun mətbuat xidməti XQ-nin sorğusuna cavab olaraq bildirib.

Qeyd olunub ki, hadisənin səbəbi və baş vermə şəraiti ətraflı araşdırılmaqla nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul olunması təmin ediləcək.

Rizvan FİKRƏTOĞLU
XQ

Son xəbərlər