Bərdə Rayon Polis Şöbəsi, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarına qarşı keçirdikləri tədbir zamanı rayonun Nazırlı kəndi ərazisində məişət tullantılarının qalaqlanması halı aşkar edilib. Məlumat DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan verilib.
Eyni zamanda, Göyüşlü kəndi ərazisində də analoji qayda pozuntusu aşkarlanıb. Nazırlı kənd bələdiyyə sədri və digər cavabdeh şəxs (ümumilikdə 2 nəfər) barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokol tərtib olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
P.ƏMİRCANOV
XQ