Zəfər Günündə Rus İcmasının nümayəndələri II Şəhidlər xiyabanını ziyarət ediblər

post-img

Zəfər Günündə Azərbaycanın Rus İcmasının nümayəndələri II Şəhidlər xiyabanını ziyarət edib, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəmanların xatirəsini anıblar.

Şəhidlərin məzarları üzərinə gül dəstələri qoyulub.

Rus İcması sədrinin birinci müavini Anastasiya Lavrina deyib: "Torpaqlarımızın azadlığı uğrunda həyatlarını qurban vermiş qəhrəmanların arasında müxtəlif millətlərin nümayəndələri - azərbaycanlılar, ruslar, ləzgilər, yəhudilər olublar. Biz onların hər birinin xatirəsini qəlbimizdə yaşadırıq. Bizim Azərbaycanda deyildiyi kimi: “Şəhidlər ölməz, Vətən bölünməz”.









Sosial həyat