Goranboyda Zəfər bayramı tədbirləri rəngarəngliyi ilə yadda qaldı

post-img

Onlardan biri Heydər Əliyev Mərkəzinin qarşısında təşkil olunan bayram konserti idi.

Tədbirdə rayon icra hakimiyyəti başçısı Məhərrəm Quliyev, idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.

 Tədbirdə, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı, Vətənimizin bütövlüyü uğrunda canlarını fəda etmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. 

 Məhərrəm Quliyev Ümummilli Lider Heydər Əliyev tərəfindən müasir və müstəqil Azərbaycanın əsasının qoyulduğunu, onun siyasi varisi, Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanın regionun lider dövlətinə çevrildiyini və Müzəffər Ali Baş Komandanın qətiyyəti, Rəşadətli Ordumuzun gücü ilə torpaqlarımızın işğaldan azad edildiyini, ərazi bütövlüyümüzün tam təmin olunduğunu diqqətə çatdırdı.Rayon rəhbəri bu möhtəşəm Zəfər Bayramı münasibəti ilə bütün rayon ictimaiyyətini təbrik etdi.

Həmin gün rayonda  Zəfər Gününə həsr olunmuş əl işləri və rəsm sərgisi, müxtəlif idman,  ədəbi-bədii kompozisiyalar, folklor və milli kulinariya nümunələri də nümayiş etdirildi.

Şəhərdəki  Şəhidlər Xiyabanı  Abidə Kompleksi ziyarət olundu, Şəhidlərimizin əziz xatirələri ehtiramla anıldı. Ziyarətdən sonra Kompleksdən Heydər Əliyev parkınadək yürüş keçirildi.

 Goranboyda təşkil olunan Zəfər Günü tədbiri möhtəşəmliyi, məzmunu və rəngarəngliyi ilə yadda qaldı.

Hamlet Qasımov,

X.Q.-nin bölgə müxbiri, Goranboy 

 











Sosial həyat