Gəncədə təşkilat rəhbərləri simvolik olaraq 44 ağac əkdilər...

post-img

Gəncədə şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr-Zəfər Gününə həsr olunmuş  bağlı ağacəkmə aksiyası keçirilmişdir.

Heydər Əliyev Park-Xiyaban Kompleksində təşkil olunan   aksiyada Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki vitse-konsulu Şota Dolidze, millət vəkili Pərvin Kərimzadə, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, ali GDU-nun rektoru, professor Yusif Yusibov, ATU-nun rektor əvəzi Yaşar Ömərov, shüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və şəhid ailələri iştirak etmişlər.

Aksiya çərçivəsində simvolik olaraq 44 ədəd ağac əkilmiş, onlara aqrotexniki qaydada qulluq göstərilmişdir.

Qeyd edək ki, təsdiqlənmiş Tədbirlər Planına uyğun olaraq, bu gün Gəncədə 8 Noyabr - Zəfər Günü ilə bağlı silsilə tədbirlər keçirilmişdir.

Hamlet Qasımov,

X.Q.-nin bölgə müxbiri,          

Gəncə.







Sosial həyat