Rumıniyada da Ümummilli lider anıldı

post-img

Azərbaycanın Rumıniyadakı səfirliyi tərəfindən Alba Yuliya şəhərinin “1 dekabr 1918" Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə  mərasim keçirilib.

Tədbirdə çıxış edən ölkəmizin Rumıniyadakı səfiri Hüseyn Nəcəfov Ümummilli liderin bir dövlət xadimi və dahi şəxsiyyət kimi müasir Azərbaycanın qurulmasında əvəzsiz xidmətlərindən danışıb, onun həmişə Azərbaycan xalqının maraqlarını qoruyan bir şəxsiyyət olduğunu deyib.

Eyni zamanda, Azərbaycan–Rumıniya əlaqələrindən söz açan səfir 30 ildən artıqdır ki, diplomatik, siyasi və iqtisadi əlaqələrimizin yüksələn xətlə inkişaf etdiyini, ölkələrarası strateji tərəfdaşlığın dərinləşdiyini və strateji əhəmiyyət kəsb edən regional layihələrin həyata keçirildiyini qeyd edib.

Sonda Ümummilli liderin həyat və fəaliyyətini əks etdirən videoçarxlar nümayiş etdirilib, fotosərgi təşkil olunub, tədbir iştirakçılarına nəşrlər təqdim edilib və ziyafət verilib.

XQ

Sosial həyat