Kiyevdə Heydər Əliyevə həsr olunan dəyirmi masa

post-img

Taras Şevçenko adına Kiyev Milli Universitetində “Heydər Əliyevin 100 illiyi. Onun Azərbaycan-Ukrayna dostluq əlaqələrinin möhkəmlənməsində rolu” adlı dəyirmi masa keçirilib.

Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən dəyirmi masada Ali Radanın deputatları, xarici ölkələrin Ukraynadakı səfirləri, Taras Şevçenko adına Kiyev Milli Universitetinin rəhbərliyi, ictimai-siyasi xadimlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Taras Şevçenko adına Kiyev Milli Universitetinin rektoru Volodimir Buqrov bildirib ki, Azərbaycan ilə Ukrayna arasında müasir münasibətlərin əsası məhz Heydər Əliyevin prezidentliyi dövründə qoyulub. Heydər Əliyev ukraynalıların xatirələrində və Azərbaycan–Ukrayna münasibətlərinin tarixində həmişəlik mühüm şəxsiyyət olaraq qalıb.

Səfir Seymur Mərdəliyev, Ukrayna–Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Valeriy Kolyux, Ukrayna Ali Radasının deputatı Oleksandr Merejko, 1997–2004-cü illərdə Ukraynanın Azərbaycanda səfiri Boris Aleksenko, Ukrayna Milli Elmlər Akademiyasının Dünya Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Andrey Kudryaçenko və digərləri çıxışlarında Ulu öndərin yorulmaz fəaliyyəti və müdrik liderliyi barədə geniş danışıblar.

XQ

Son xəbərlər