Boğaz – bədənin qapısı

post-img

İlin soyuq fəslində boğazı mikrob və viruslardan, yad təsirlərdən qorumaq çox vacibdir. Bununla bağlı tanınmış otolarinqoloq Vladimir Zaytsev oxuculara sadə və faydalı məsləhətlər verir. Mütəxəssisin sözlərinə görə, ilin soyuq fəslində küçədə açıq havada mümkün qədər az danışmaq lazımdır. Gecələr yataq otağının pəncərələrini heç bir halda açıq saxlamaq olmaz. 

Otolarinqoloq payızda və qışda qida rasionundan istiotlu, duzlu təamların çıxarılmasını məsləhət görür. Həm çox isti, həm də çox soyuq qidalardan istifa­dəni maksimum azaltmağı tövsiyə edən sahə mütəxəssisi sadə pəhrizə əməl et­məklə boğazı kənar fəsadlardan qoru­mağın mümkünlüyünü qeyd edir.

“Dediyimiz qidalardan sui-istifadə etməsəniz, boğazınızın arxa divarını zədələnmədən qoruya bilərsiniz. Şax­talı havada az danışmağa, gecələr yataq otağınızın pəcərələrini tayba­tay açmağa son qoyun. Çünki səhərə yaxın havanın temperaturu əhəmiyyətli dərəcədə aşağı düşür və bu səbəb­dən boğazın arxa divarı soyuqlayır”, – Zaytsev bildirib. 

SEVDA
XQ

Sosial həyat