Ulu öndərin gənclər siyasəti

post-img

Naxçıvan şəhərində Azərbaycan Gənclər Fondunun, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun və Gənclər Təşkilatları Milli Şurasının birgə təşkilatçılığı ilə “Heydər Əliyev və gənclər siyasətinin Azərbaycan modeli” mövzusunda konfrans keçirilib.

Çıxış edənlər bu gün müstəqil Azər­baycanın uğurla inkişaf etməsinin məhz Ümummilli lider Heydər Əliyevin siyasi xəttinin bəhrəsi olduğunu, həmin siyasi xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusilə vur­ğulayıblar. 

Həmçinin, İkinci Qarabağ mühari­bəsində qazanılmış tarixi Zəfərin ölkə­mizin hərbi qüdrəti ilə yanaşı, həm də Ümummilli liderin böyük müdrikliklə iş­ləyib hazırladığı və Prezident lham Əli­yev tərəfindən uğurla davam etdirilən xarici siyasət strategiyasının qələbəsi olduğu bildirilib.

Qeyd edək ki, “Heydər Əliyev İli” çər­çivəsində keçirilən konfransın məqsədi Ulu öndərin zəngin irsinin və həyat yolu­nun gənclər təşkilatları arasında təbliği, həmçinin gənclərin bu istiqamətdə mə­lumatlılığının artırılmasından ibarət olub.

XQ

Sosial həyat