İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümü Niderland mediasında

post-img

Niderland Krallığının https://www.haber.nl xəbər portalında “Bugün İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin üzərindən 20 il keçdi” sərlövhəli məqalə yayımlanıb.

Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının üzvü Kəmalə Cəlilovanın qələmə aldığı məqalə müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin prezidentliyə namizəd İlham Əliyevə dəstək göstərilməsi ilə bağlı xalqa müraciətindən başlayıb. Xalqın ümummilli liderin çağırışını dəstəkləyərək 2003-cü il 15 oktyabr tarixli prezident seçkisində İlham Əliyevə səs verdiyi, onun andiçmə mərasimində Heydər Əliyevin siyasi kursuna sadiq qalacağını bəyan etdiyi barədə ətraflı məlumat verilib.  

Qeyd edilib ki, ölkəmizin regionun liderinə çevrilməsi naminə misilsiz xidmətlər göstərən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev dünya ictimaiyyəti önündə səsləndirdiyi “Qarabağ Azərbaycandır!” şüarı ilə Azərbaycan torpaqlarının işğaldan azad olunacağını və Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulacağını elan edib.

“Prezident İlham Əliyev 20 illik fəaliyyəti boyunca xalqa verdiyi sözləri tam anlamı ilə yerinə yetirdi. Ən önəmlisi, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ərazi bütovlüyü tamamilə bərpa edildi və böyük öndərin torpaqlarımızın işğaldan azad olunması ilə bağlı müqəddəs arzusu gerçəkləşdirildi”.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.haber.nl/bugun-ilham-aliyevin-azerbaycan-cumhurbaskani-secilmesinin-uzerinden-20-yil-gecti/

Anar ƏLİ

XQ

Sosial həyat