Paşinyan: İlin sonuna qədər Azərbaycanla sülh sazişi imzalamağa hazıram

post-img

Ermənistanın baş naziri Nikol Paşinyan 2023-cü ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu açıqlayıb.

“İnterfax.ru” xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Avropa Parlamentində çıxışı zamanı deyib.

O qeyd edib ki, İrəvan ölkələrin suverenliyinə əsaslanan regional kommunikasiyaları blokdan çıxarmağa və Azərbaycandan gələn yüklərin və sərnişinlərin Ermənistan ərazisindən təhlükəsiz keçməsini təmin etməyə hazırdır.

Nikol Paşinyan Ermənistan və Aİ arasında münasibətlərin “yüksək dinamikası” barədə danışıb və qeyd edib ki, demokratiya Ermənistanın strateji seçimidir. Paşinyan, həmçinin bildirib ki, Ermənistan Avropa İttifaqı ilə münasibətləri dərinləşdirmək niyyətindədir.  

 

Rizvan FİKRƏTOĞLU

XQ

Siyasət