Daşkənddə Azərbaycan dünyası

post-img

Daşkənddəki Dünya Dilləri Universitetinin nəzdindəki Akademik Litseydə “Xalqların mətbəxi və adət - ənənələri” adlı festival keçirilib.

Tədbirdə Özbəkistanda fəa­liyyət göstərən səfirliklər və mədəniyyət mərkəzləri qatılıb. İştirakçılar öz ölkələrinin tarixi, mədəniyyəti, milli mətbəxini təbliğ ediblər. Ölkəmizi bu təd­birdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mə­dəniyyət Mərkəzi (AMM) təmsil edib. 

Azərbaycan üçün ayrılan guşədə ölkəmizin bayrağı, dün­ya şöhrətli siyasətçi Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz­də həyata keçirilən islahatlarla əlaqədar kitablar nümayiş olu­nub. Nəşrlər arasında ölkəmizin tarixi, mədəniyyəti, turizm poten­sialı, ədəbiyyatına dair AMM-nin özbək dilində Daşkənddə çap etdirdiyi nəşrlər, habelə ölkəmi­zin təbliğinə dair Heydər Əliyev Fondu tərəfindən çap olunan ki­tablar da yer alıb.

Suvenirlər, milli mətbəximi­zin nümunələri guşəyə gələn­lərin çox xoşuna gəlib. Mədə­niyyət Mərkəzinin əməkdaşı Kifayət Pirməmmədova guşəyə gələnlərə ölkəmizin tarixi, Azər­baycan–Özbəkistan dostluğu haqqında məlumat verib, qo­naqlar şirniyyatlarımıza qonaq ediliblər. 

Mərkəzin nəzdindəki “Azər­baycan qızları” rəqs ansamblı­nın üzvləri milli rəqslərimizi ifa ediblər. 

Sonda festivalda aktiv iştirak edənlərə diplomlar təqdim edilib. Diplom alanlar arasında AMM də olub. 

Qulu KƏNGƏRLİ
XQ-nin xüsusi müxbiri

Daşkənd

Sosial həyat