Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkəmizin Xankəndi şəhərində həssas əhali qruplarından olan şəxslər üçün 30 nəfərlik sığınacaq yaradılıb.
Bunun üçün Xankəndinin mərkəzində 30 çarpayılıq yataq otaqları, su, elektrik sistemi, mətbəxi, sanitar qovşağı, istirahət otağı və camaşırxanası olan üçmərtəbəli bina ayrılıb. Binada təmizlik və müvafiq təchizat işləri yekunlaşıb və 10 oktyabr 2023-cü il tarixdən sığınacağa sakinlərin qəbuluna başlanıb.
Onlar burada gündə 3 dəfə isti yemək və qəlyanaltı ilə təmin olunurlar. Sığınacağın xarici təhlükəsizliyi polis tərəfindən təmin edilir.
Sığınacaqda çalışmaq üçün 2 psixoloq və 2 sosial işçi cari il sentyabrın
30-dan Xankəndi şəhərinə ezam olunub, orada sakinlərin ilkin ehtiyaclarını və psixo-sosial vəziyyətini qiymətləndiriblər. Qiymətləndirmə aparılan şəxslərin yaşadıqları yerlərə gedilərək, onlara sığınacağın yeri və qida təminatı barədə məlumatlar da verilib.
Artıq 6 nəfər sığınacağa yerləşdirilib, 1 nəfər aidiyyəti üzrə tibbi xidmət göstərilməsi üçün yönləndirilib, ümumilikdə, 11 nəfər sığınacağın xidmətlərindən istifadə edib.
Həmin psixoloq və sosial işçilər tərəfindən hazırda sığınacaq sakinlərinə sosial xidmətlər göstərilir. Sığınacaqda çalışmaq üçün həmçinin aşbaz, texniki işçilər və s. ezam olunub.
Sığınacağa yerləşdirmə könüllü xarakter daşıyır, gecə qalmaq istəməyənlərə də gündə 3 dəfə qida, zəruri geyim və sosial xidmətlərdən yararlanmaq imkanı yaradılıb.
Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri də gün ərzində bir neçə dəfə sığınacağı ziyarət edir, şəraitlə tanış olur, ərzaq, qida təminatı, göstərilən sosial xidmətlərlə maraqlanırlar.
XQ
Xankəndidə sığınacaq fəaliyyət göstərir
- Sosial həyat
- 10:12 13.10.2023
- Oxunma sayı: 1556
Açar sözlər:
Paylaş:
Sosial həyat
Osloda soydaşlarımız üçün səyyar konsulluq xidməti göstərilib
10:22 20.06.2026Milli Məclisin iclasında 14 məsələ müzakirə olunub
19:23 19.06.2026Qaradağ sakinləri üçün yeni ekspres marşrut fəaliyyətə başlayacaq
18:54 19.06.2026Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə mediatur təşkil olunub
17:47 19.06.2026Nazir müavini Zaur Əliyev Ağcabədidə fermerlərlə görüşüb
17:27 19.06.2026-
- 13:13 20.06.2026
-
- 13:12 20.06.2026
-
- 13:08 20.06.2026
-
- 13:07 20.06.2026
-
- 13:07 20.06.2026
-
- 13:05 20.06.2026
-
- 12:33 20.06.2026
-
- 12:29 20.06.2026
-
- 12:13 20.06.2026
-
- 12:05 20.06.2026
-
- 11:35 20.06.2026
-
- 11:28 20.06.2026
-
- 11:28 20.06.2026
-
- 11:02 20.06.2026
-
- 10:22 20.06.2026
-
- 10:19 20.06.2026
-
- 22:54 19.06.2026
-
- 21:05 19.06.2026
-
- 19:51 19.06.2026
-
- 19:39 19.06.2026
-
- 19:23 19.06.2026
-
- 19:21 19.06.2026
-
- 19:05 19.06.2026
-
- 18:57 19.06.2026
-
- 18:54 19.06.2026
-
- 18:31 19.06.2026
-
- 18:23 19.06.2026
-
- 18:20 19.06.2026
-
- 18:10 19.06.2026
-
- 18:02 19.06.2026
-
- 17:57 19.06.2026
-
- 17:52 19.06.2026
-
- 17:47 19.06.2026
-
- 17:40 19.06.2026
-
- 17:37 19.06.2026
-
- 17:27 19.06.2026
-
- 17:16 19.06.2026
-
- 17:06 19.06.2026
-
- 17:04 19.06.2026
-
- 16:55 19.06.2026

