Türkmənistanın Müstəqillik Günü münasibətilə Bakıda rəsmi qəbul

post-img

Oktyabrın 12-də Bakıda Türkmənistanın müstəqilliyinin 32-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil olunub. 

Tədbiri giriş sözü ilə açan Türkmənistanın ölkəmizdəki səfiri Qurbanməmmet Elyasov iki ölkə rəhbərlərinin səyləri nəticəsində ölkələrimiz arasında mehriban dostluq və qonşuluq münasibətlərinin daha da inkişaf etdiyini, ikitərəfli strateji tərəfdaşlığımız daha da dərinləşdiyini diqqətə çatdırıb. 

Ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərdən danışan diplomat bu münasibətlərin daha da dərinləşməsində Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovun böyük xidmətləri olduğunu vurğulayıb. 
Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev  bildirib ki, Türkmənistan və Azərbaycanı ortaq tarix, dil, din və adət-ənənələr birləşdirir. Etnik, dərin tarixi köklərlə bir-birinə bağlı olan ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlığa əsaslanır. 
Qardaş Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edən Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev ölkələrimiz arasında ikitərəfli münasibətlərdən danışıb və əlaqələrimizin yüksələn xətlə inkişaf etdiyini deyib. 

Türkmənistanın mədəniyyət naziri Atageldi Şahmuradov tədbirdə iştirak etməkdən məmnunluğunu bildirib. O, Şuşanın TÜRKSOY-un mədəniyyət paytaxtı seçilməsinin önəmini vurğulayıb. 

XQ

Siyasət