Şabranda rənglərin sayrışması

post-img

Şabranda oktyabrın 2-dən 9-dək müasir Azərbaycan rəssamlarının iştirak etdiyi “Təbiətin vibrasiyaları” adlı simpozium keçirilib.

Simpozium Birləşmiş Rəssamlar Klubunun təşəbbüsü ilə “Çardaq” qru­punun art-platforması ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Rəssamlar İttifaqı və “Shabran Wellbeing Resort” otelinin dəstəyi ilə təşkil olunub. La­yihənin kuratoru tanınmış rəssam Bəh­ram Xəlilovdur.

Tədbirdə rəssamlar Anar və Zümrüd Hüseynzadə, El­şən və Şəbnəm Qaracalar, Aydın Əsgərov, Anar və Sa­lihə Bəylərlər, Təranə Vaqifqı­zı, Vəfa Yüzbaşıyeva, Nigar Familsoy, Vüsalə Ağarazı­yeva iştirak ediblər. Simpo­ziumun konsepsiyası musiqi və təsviri sənət vasitəsilə tə­biətlə ünsiyyətin ifadəsindən ibarət olub. 

Simpoziumun nəticələri ilə yaxın vaxtlarda İçərişəhərdəki Müasir İn­cəsənət Mərkəzində keçirilən hesabat sərgisində tanış olmaq mümkün ola­caq.

N.AYTƏN
XQ

Sosial həyat