Darçınlı bal – ye, sağlam qal!

post-img

Qədim Yunanıstanda dərman kimi istifa­də edilən bal və darçın qarışımını təbii an­tibiotik hesab edirlər. Tərkibində çoxlu vita­min və yüksək miqdarda dəmir olan qarışım orqanizmi bakteriya və viruslardan qoruyur, sidik yolları infeksiyasını müalicə edərək, mikrobları öldürür.

Hindistan və Yaponiyada aparılan araşdır­malarla müəyyən edilib ki, bal və darçın mə­dədə turşuluğun qarşısını alır, qazı azaldır və ən ağır yeməklərin asanlıqla həzminə kömək edir. Darçın tozu ilə balı qarışdırıb səhər yemə­yində çörəklə yemək olar. Bu, pis xolesterolu azaldır və infarktın qarşısını alır. Darçınlı balın müntəzəm istifadəsi ürək döyüntüsünü nizama salır, ömrü 10 il uzadır. Yaşlandıqca elastikliyini itirən arteriya və damarları bərpa edir. Həmçi­nin gecə yatmazdan əvvəl bu qarışımdan bir qaşıq qəbul edən səhər daha rahat və yaxşı əhval ilə oyanar.

Xolesterol xəstəsinə 450 qram çaya iki xörək qaşığı bal və üç xörək qaşığı darçın tozu qatıb verildikdə iki saat ərzində qanda xolesterinin miqdarının 10 faiz azaldığı müşahidə edilib. Bu qarışımın gündə üç dəfə qəbulu, hətta xroniki xolesterolu da müalicə edə bilər.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat