Badımcan – kimə xeyirli, kimə ziyan?

post-img

Bir çox insanlara badımcan yemək ol­maz. Bu tərəvəz öd daşı xəstəliyi riskini artıra bilər. Həkim Veronika Qusakova bəzi hallarda badımcanın zərərli olduğunu deyib.

Bildirib ki, badımcanda çox miqdarda, həm böyrək, həm öd kisəsi daşlarının tərkib hissəsi olan oksalat var. Ona görə daş xəstəliyi olanlara badımcan tövsiyə edilmir. 

Eləcə də badımcan psoriaz, böyrək xəstə­likləri, artrit, podaqra xəstəliklərində də əks –göstərişdir. Badımcan qalxanvari vəzinin funksi­yasına da təsir edir. Zob xəstəliyi olanlar kəskin mərhələdə badımcandan imtina etməlidir. 

Təzyiq dərmanları içənlər üçün də bu tərəvəz tövsiyə edilmir. Qalan hallarda faydalı olan badımcan vitamin mənbəyi kimi hüceyrələ­ri sərbəst toksinlərdən təmizləyir.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat