Gündüz yağıntılar kəsiləcək

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən oktyabrın 12-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. 

Yarımadanın bəzi yerlərində ha­vanın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Səhər tədricən kəsiləcəyi, gün­düz əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mü­layim şimal-şərq küləyi ilə əvəz olu­nacaq. Gecə 10-14°, gündüz 14-17° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 774 mm civə sütu­nuna yüksələcək, nisbi rütubət gecə 70-80 , gündüz 50-60 faiz olacaq. Azərbaycanın rayonlarında bəzi yer­lərdə arabir yağış yağacağı gözləni­lir. Ayrı-ayrı yerlərdə leysan xarakter­li olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz yağıntılar tədricən kəsilə­cək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın tempe­raturu gecə 9-14° , gündüz 15-20° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-9° isti olacaq.

Q. QASIMOV
XQ

Ekologiya