Türkiyə “Instagram”da ikincidir

post-img

Yarandığı gündən etibarən istifadəçilərin diqqətini çəkən məşhur sosial media platforması olan “İnstagram”da Türkiyə ikinci yeri tutur. “Anadolu” agentliyindən (AA) verilən məlumata görə, bu ölkə 153,6 milyon aktiv hesab sayı ilə platformada ikinci olub.

Siyahıya 263,3 milyon hesab­la Hindistan başçılıq edir, üçüncü yerdə isə 119,6 milyon aktiv he­sabla Braziliya qərarlaşıb.

Dünyada ən çox ziyarət edilən “İnstagram” veb-saytının aylıq is­tifadəçi sayı 12,8 milyarddan çox­dur. Hər gün 500 milyon insanın daxil olduğu platformaya indiyə­dək təxminən 50 milyard fotoşəkil yüklənib.

Qeyd edək ki, “İnstagram” isti­fadəçilərinin 47,2 faizi qadın, 52,8 faizi isə kişidir. Hesab sahiblərinin 70 faizi 25-34 yaş qrupunda olan istifadəçilərdir. Onların gün ərzin­də platformada orta hesabla cəmi 32 dəqiqə vaxt keçirdikləri bəlli olub.

S.FİDAN
XQ

Dünya