Leonardo da Vinçi “Müjdə”si

post-img

“Müjdə” əsəri rəngkarlıq tarixində və dahi rəssam Leonardo da Vinçinin yaradıcılığında xüsusi yer tutan tablolardandır.

Tabloda əsas ideya Məryə­min Cəbrayıl mələyi ilə qarşı­laşması, Cəbrayılın Məryəmin İsaya hamilə olmasını müj­dələməsidir. 

Əsərdə əsasən tünd və “isti” rənglərin ahənginin vəhdət təş­kil etməsinə baxmayaraq, arxa fonda dağ və təbiət mənzərə­sində “soyuq” rənglər nisbətən açıq boyalarla təsvir olunub. Eyni zamanda tablonu digər oradakı fərqləndirən cəhət tablodakı koloritdə işıq-kölgə effektinin daha dəqiq işlənilmə­sidir. 

Əsərdə diqqəti cəlb edən bir məqam da burada zanbaq gülünün təsviridir. Zanbaq gülü isə Məryəmin təmizliyi və saflı­ğının simvoludur. 

Leyla HADİ,
tələbə-jurnalist

Dünya