Payızın öz qoxusu

post-img

Ətirlər yalnız qarşı tərəfdə xoş təəssürat yaratmaq üçün bir vasitə deyil. Eyni zamanda, təxəyyülə meydan açır, şövq yaradır, həyəcan və s. kimi bir çox duyğuları aktivləşdirir.

Əslində, ətrin təsirindən necə fay­dalanmaq lazımdır? Havalar soyuduq­ca daha gözəl və diqqətçəkən qoxular axtaranlar üçün bir neçə təklif var...

“Marc Jacobs Perfect Intense” – Qovrulmuş şirin badam və məxmər kimi səndəl ağacı ilə gözəl effekt yara­dan bu çiçək-odun qoxusu payız gün­ləri üçün ən yaxşı seçimlərdən biri ola bilər. Axşamlarınız bu gözəl qoxu ilə daha da zövqlü olacaq.

“Michael Kors Gorgeous” – Ağ çiçək buketi və kəhrəba qarışığından yaranan “Michael Kors Gorgeous” pa­yızın cəlbedici qoxularından biri olma­ğa namizəddir.

“Versace Crystal Noir” – Almaz daşından ilham alan, qadın hissləri­ni tərənnüm edən bu ətir Şərq çiçə­yi qoxusuna malikdir. Bu formulun sayəsində ətrin uzunmüddətli şleyfini (qalıcılığını) də sevəcəksiniz. 

“Armani Si Intense” – Ətir qara qarağat nektarı və qızılgüllər rayihə­si saçır. Məhz bu xüsusiyyətinə görə onunla çox maraqlanırlar.

“Givenchy L’Interdit Edp Rouge” – Tuberoza və sıx jasmin notlarını ehtiva edən bu ətir zəncəfil ilə qarışdırılaraq payız üçün uyğun ədviyyatlı qoxuya çevrilir. 

“Lancome İdol Aura” – Qızılgül, parlaq jasmin və müşklü vanilin unikal birləşməsini ehtiva edir. Bütün fəsil­lərdə istifadə edə biləcəyiniz ətir pa­yız günlərində də sizə xoş ovqat bəxş edəcək.

Səadət RZAYEVA
XQ

Sosial həyat