Belqoroda PUA hücumu nəticəsində 3 nəfər ölüb

post-img

Ukraynaya məxsus pilotsuz uçuş aparatının Rusiyanın Belqorod vilayətinə hücumu nəticəsində 3 nəfər həlak olub, onlardan biri uşaqdır. Bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov bildirib. Məlumatı “İzvestiya.ru” verib. 

Qladkov deyib: “Üç nəfər həlak olub, onlardan biri uşaqdır. Daha iki nəfər ağır vəziyyətdə reanimasiyadadır”. 

Onun sözlərinə görə, hadisə nəticəsində zərər çəkənlərə lazımi kömək göstərilir. Qubernator həlak olanların ailələrinə başsağlığı verib. 

P.ƏMİRCANOV
XQ

 

Dünya