Mahmud Abbas II Abdulla və Blinkenlə görüşəcək

post-img

Oktyabrın 13-də Fələstin Prezidenti Mahmud Abbas və ABŞ-nin dövlət katibi Entoni Blinken görüşəcəklər. Bu barədə FƏT-in icraiyyə komitəsinin baş katibi bildirib. Məlumatı “İzvestiya.ru” verib. 

“Cümə günü prezident ABŞ dövlət katibi Entoni Blinkenlə görüşməyi planlaşdırır”, - deyə o, X-də yazıb. 

Onun sözlərinə görə, Abbas bu gün Əmmanda İordaniya kralı II Abdulla ilə görüşəcək. Görüşdə İsraillə müharibənin dayandırılması üçün göstəriləcək səylər müzakirə ediləcək. 

P.ƏMİRCANOV
XQ

Dünya