Ulu öndərin azad mediaya dəstəyi

post-img

Azərbaycan Dillər Universitetində (ADU) regionşünaslıq kafedrası və Azərbaycanşünaslıq Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan mediası” adlı dəyirmi masa keçirilib.

Tədbirdə “Ulduz” jurnalının baş redaktoru, Prezident təqaüdçüsü, Əməkdar jurnalist, şair–publisist Qulu Ağsəs medianın, xüsusilə, mətbuatın inkişafında Ulu öndərin əvəzsiz rolun­dan bəhs edib. Qonaq bildirib ki, 90-cı illərin əvvəllərində respublikada yaran­mış gərgin və xaotik vəziyyət Azərbay­can mətbuatından da yan keçməmişdi. Məhz ümummilli lider Heydər Əliyevin gərgin səyləri nəticəsində Azərbaycan mediası dövlət qayğısı ilə əhatə olu­nub və mətbuatımız dinamik inkişaf mərhələsinə qədəm qoyub. Qəzetlərin nəşriyyata borcları silinib, senzura ləğv olunub və s.

“Ulduz” jurnalının nəşr şöbəsinin müdiri, yazar, publisist Taleh Mansur çıxışında qeyd edib ki, müasir dövrdə medianın ən ümdə vəzifələrindən biri xarici dilləri bilən gənc qələm sahiblə­rinin yaradıcı potensialından səmərəli istifadə etmək, onların analitik yazıla­rının beynəlxalq arenaya çıxarılması üçün yollar aramaqdır. Hazırkı infor­masiya müharibəsi şəraitində bunun böyük əhəmiyyəti var.

Tədbirdə Ulu öndərin jurnalistlərlə görüşləri haqqında videoçarx nüma­yiş olunub. Sonda tələbələrə “Ulduz” jurnalının müxtəlif nömrələri hədiyyə edilib.

XQ

Sosial həyat