Alma, yoxsa heyva?

post-img

Hamı almanı dəmir mənbəyi bilir. Amma heyvada almadan da çox dəmir var. Ona görə heyva anemiya ilə mübarizədə əvəzsiz meyvə hesab edilir. Maraqlıdır ki, getdikcə heyva süfrələrdən yığışır və layiq olduğu dəyəri görmür. Terapevt Polina Şubina heyvanın bilmədiyiniz 5 faydasını açıqlayıb.

1. Mədənin dərmanıdır – büzücü xassəsinə görə, mədə xəstəliyi, yarala­rı və ishalda qəbul etmək olar. Qəbizliyi olanlar isə heyva qəbulunda ehtiyatlı olmalıdır.

2. Ürək damarlarını möhkəmlədir. Çünki tərkibində B9 və C vitamini var. Eləcə 100 qram meyvədə 3 milliqram dəmir var.

3. Libidonu artırır, afrodiziak təsiri var.

4. Qan laxtalanmasını tənzimləyir, qankəsici xüsusiyyətə malikdir.

5. Ürəkbulanma və iştahsızlığı ara­dan qaldırır.

6. Hamilələrdə mədə yanmasının (qıcqırmasının) dərmanıdır.

Həkim onu da qeyd edib ki, heyva­nı 3 yaşa qədər uşaqlara vermək məs­ləhət deyil.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat