Özbək tamaşası Bakı səhnəsində

post-img

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Özbəkistanın müxtəlif teatrları arasında əməkdaşlıq genişlənməkdədir. Birgə layihələr çərçivəsində teatr kollektivlərinin qastrol səfərləri, rejissor, aktyor mübadiləsi həyata keçirilir. 

Özbəkistanın Kattakurqon Şəhər Dram Teatrı və Muqimi adı­na Özbəkistan Dövlət Akademik Teatrının yaradıcı heyətlərinin ötən mövsümdə Bakıya qastrol səfərlə­rindən sonra bu ənənə uğurla da­vam etdirilir.

Bu dəfə Akademik Musiqi­li Teatrın qonağı Özbəkistanın Namanqan Dövlət Musiqili Dram Teatrı olub. Qonaq kollektiv sənət­sevərlər qarşısında “Ah, bu qocalar – qəribə qocalar!” komediyası ilə çıxış edib.

Süjet xəttində ailə-məişət məsələləri dayanan səhnə əsəri­nin müəllifi Özbəkistanın Xalq şairi Oxunjon Hakimov, səhnələşdirəni və rejissoru Marufjon Niyazovdur.

XQ

Mədəniyyət