Dahi aktyor Çarli Çaplin öz uşaqlıq xatirələri ilə bağlı kitabında ibrətamiz bir hadisədən bəhs etmişdir. Ç.Çaplin yazır:
“Balaca vaxtımda atamla sirkə baxmağa getmişdik. Bilet satılan yerdə böyük növbə vardı. Qarşımızda ata-anaları ilə birlikdə 6 uşaq da növbəyə dayanmışdı. Geyimlərindən kasıb olduqları bilinirdi. Paltarları köhnə, amma təmiz idi.
Uşaqlar sirkdən danışarkən çox xoşbəxt görünürdülər. Növbələri çatdı, biletlərin qiymətlərini bildikdə ata kəkələməyə başladı. Dönüb arvadına pıçıltı ilə nə isə dedi. Valideynlər çaşqın vəziyyətə düşmüşdülər və pərt olduqları üzlərindən görünürdü.
Birdən atam cibindən 20 dollar çıxarıb yerə atdı və dedi:
– Cənab, sizin pulunuz düşüb, götürün...
Kişi yerdən pulu götürüb gözləri dolmuş halda dərin minnətdarlıq hissi ilə atama baxdı və təşəkkür etdi.
Onlar içəri keçdikdən sonra biz növbədən çıxıb evə getdik. Çünki atamın cibində həmin 20 dollardan başqa pul yox idi.
Mən buna heç təəssüflənmədim, əksinə, atamla fəxr edirdim. Bu, mənim həyatım boyu üzləşdiyim ən gözəl səhnə idi”.
Təqdim etdi:
M.HACIXANLI
XQ