Beyinə də pəhriz?

post-img

İnsanlar müxtəlif xəstəliklərin müalicəsində, yaxud sağlam qidalanmaq, eləcə də arıqlamaq məqsədilə ayrı-ayrı vaxtlarda pəhrizdən istifadə edirlər. ABŞ alimləri daha irəli gedərək yeni pəhriz növü düşünüblər. Onlar beyni aktivləşdirən 14 qidanı özündə birləşdirən pəhriz hazırladıqları fikrini irəli sürüblər.

Beyin pəhrizi adlandırılan qidalan­ma növündə menyuda toyuq və balıq, meyvələr, yaşıl yarpaqlı tərəvəzlər, qoz-fındıq, giləmeyvə, bütün taxıllar, zeytun yağı və şərab olması qəbul edilib.

Beyinə az da olsa təsirli olan digər qidalar pendir, marqarin, şirniyyat, qır­mızı ət hesab edilir.

Alimlər apardıqları tədqiqat zamanı bu pəhrizə riayət edən insanların koq­nitiv (hərəkət) testlərdə yaxşı nəticə göstərdiklərini müəyyənləşdiriblər.

Onların fikrincə, beyin pəhrizlərini aktuallaşdırmaq demensiya və Alzhey­mer xəstəliyinin profilaktikası üçün va­cibdir.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat