DOST MDB məkanında

post-img

Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçı dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məş­vərət Şurasının 36-cı iclası keçirilib. İc­lasa onlayn formatda qoşulan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov təd­bir iştirakçılarına DOST konsepsiyası barədə təqdimat edib.

Bildirilib ki, DOST mərkəzlərində sosi­al sahələr üzrə 159 xidmət “bir pəncərə”­dən, operativ, şəffaf, vətəndaş rahatlığı və məmnunluğuna uyğun təqdim olunur. DOST konsepsiyasının beynəlxalq sə­viyyədə də yüksək dəyərləndirilərək xü­susi mükafatlara layiq görüldüyü, bir sıra ölkələrin də DOST təcrübəsini tətbiq et­məkdə maraqlı olduğu vurğulanıb.

DOST Agentliyinin “Könüllü DOST” proqramı barədə də məlumat verilib. Qeyd edilib ki, proqram “Gənc DOST”, “Gümü­şü DOST”, “Korporativ DOST”, “İnklüziv DOST” və “Distant DOST” altproqram­larını əhatə edir. Könüllülər mərkəzlərdə vətəndaş məmnunluğuna uyğun xidmətlə­rin göstərilməsinə dəstək verirlər. Proqra­ma indiyədək 100 minədək müraciət daxil olub, 4 minə yaxın şəxs proqramda iştirak edib.

Təqdimat tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Pensiya yaşına çatmış şəxslərin cəmiyyətə reinteqrasiya­sı, yaşlı şəxslərin asudə vaxtının səmərəli təşkili məqsədilə təşkil olunan “Gümüşü DOST” altproqramı xüsusi maraq doğu­rub. 2024-cü ilin “MDB Könüllülər hərə­katı ili” elan edilməsi çərçivəsində DOST Agentliyinin bu təcrübəsinin Məşvərət Şu­rasının iştirakçısı olan təşkilatlarda tətbiqi ilə bağlı müzakirə aparılıb.

Xatırladaq ki, “Ümumrusiya əməyin mühafizəsi həftəsi” çərçivəsində Rusi­yanın Soçi şəhərində keçirilən tədbirdə MDB-də əmək və sosial müdafiə sahə­sində mövcud vəziyyət, 2024-cü ilin “MDB Könüllülər hərəkatı ili” elan edilməsi, eləcə də rəqəmsal platformalar üzərindən təmin olunan məşğulluğun və özünüməşğullu­ğun tənzimlənməsi məsələləri müzakirə edilib.

Zərifə BƏŞİRQIZI 
XQ

Sosial həyat