Musiqi də silahdır

post-img

Ukraynalı müğənni və bəstəkar, 2004-cü il “Eurovision” müsabiqəsinin çempionu Ruslana Ukrayna sənətçilərinin ölkəsinin Rusiya ilə müharibəsində möhkəm dayandıqlarını və musiqinin müharibədə “silah” rolu oynadığını bildirib. 

Ruslana türk xalqına və Qara də­nizdəki qardaş ölkələrə dəstəyə görə təşəkkür edib. Ukraynalıların əh­val-ruhiyyəsini yüksəltmək məqsədi daşıyan yeni mahnısının və klipinin təqdimatını paylaşan Ruslana deyib: “Ukrayna xalqı hazırda simfonik or­kestrə bənzəyir. Onlar yalnız dirijor­dan göstəriş gözləyirlər və bu dirijor onların ürəyidir. Musiqi müharibədə silaha çevrilib. Konsertlər təhlükəsiz­lik baxımından qadağan edilsə də, humanitar səbəblərdən təşkil olunan bəzi konsertlərdə iştirak etmişəm”. Ruslana bu konsertlərdən birinin metronun yeraltı stansiyasında keçi­rildiyini qeyd edib. 

Sənətçi olaraq dünyaya güclü mesaj verməli olduğunu yeni mahnı­sı və klipi ilə “ürəyinizi bağlamayın” demək istədiyini bildirən Ruslana mənim üçün əsl önəmli olan azadlıq­dır, – deyib. 

Ruslana Ukraynanın mübarizə­sini Türkiyənin Qurtuluş Savaşı ilə müqayisə edərək 100 il əvvəl türk xalqı qələbə qazandığı kimi, Ukray­nanın da bu müharibədə qalib gəl­mək istədiyini bildirib. 

AYTƏN
XQ

Sosial həyat